|
|
|
|
Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.Baş nazir A.Koştanı yüksək vəzifəyə eçilməsi münasibətilə təbrik edib və Avropa İttifaqı Şurasının Prezidentini Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb.
N.Paşinyan Ermənistan-Aİ əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.
Tərəflər gələcəkdə münasib vaxtlarda dialoqu davam etdirməyi razılaşıblar.