|
|
|
|

Yaponiyanın cənub-qərbində yerləşən Miyazaki prefekturası sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına əsasən, yerli vaxtla saat 21:19-da Hyuqa Nada dənizində 36 kilometr dərinlikdə 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
Rəsmi Kyodo xəbər agentliyinə görə, yeraltı təkanlar Miyazaki və Kyuşu bölgəsinin cənubundakı digər prefekturalarda da hiss edilib.
JMA əvvəlcə zəlzələnin gücünü 6,9 olaraq elan etsə də, daha sonra 6,6-ya yeniləyib.
Açıqlamada zəlzələ nəticəsində ölən və yaralananların olmadığı qeyd edilib.
Digər tərəfdən, Amerika Birləşmiş Ştatları Geoloji Araşdırmalar İdarəsi (USGS) zəlzələnin gücünü 6,8 bal olaraq dəyərləndirib.
Malik Atilay



