|
|
|
|

Tanınmış amerikalı bloger MrBeast TikTok-u almaq istəyir.
525.az xəbər ki, o, X sosial şəbəkəsində etdiyi paylaşımda bildirib ki, bu addımı ilə TikTok-un ABŞ-da bloklanmasının qarşını almağı planlaşdırır.
Qeyd edək ki, yutubda 340 milyon izləyicisi olan MrBeastin illik gəliri 700 milyon dollardır. Lakin TikTok-un dəyəri minimum 250 milyard dollar təşkil edir. Bloger qeyd edib ki, artıq bir neçə milyarder bu alış üçün ona öz köməyini təklif edib.
Xatırladaq ki, 2024-cü ilin aprelində ABŞ Konqresi Çin “ByteDance”ni (TikTok-un ana şirkəti - İ.C.) Amerika biznesini satmağa məcbur edən qanun qəbul edib. Əks halda sözügedən sosial şəbəkə ABŞ-da qadağan olunacaq.
ABŞ hakimiyyəti iddia edir ki, TikTok Pekinə ABŞ vətəndaşları haqqında məlumat toplamaq və ölkədəki ictimai rəyə təsir etmək imkanı verir. Bu səbəbdən də TikTok-a federal qadağa ABŞ-da artıq yanvarın 19-dan qüvvəyə minə bilər.
İbrahim Cəfərov



