|
|
|
|
Amerika Birləşmiş Ştatları, Macarıstan, Slovakiya və Almaniya Ukraynanın Şimali Atlantika Alyansına (NATO) daxil olmasına qarşı çıxdılar.
525.az APA ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə keçirdiyi mətbuat konfransında deyib.
"ABŞ, Macarıstan, Slovakiya və Almaniya - onlar səmimi idilər və bizi NATO-da görmək istəmədilər. Bu, açıq söhbətdir. Mənə elə gəlir ki, burada heç bir sirr yoxdur. Bunlar həmin o dörd ölkədir ki, müxtəlif səbəblərə görə hələlik Ukraynanı NATO-da görmədilər.”, - deyə o bildirib.