|
|
|
|

Mali silahlı qüvvələri ölkənin mərkəzində terrorçulara qarşı bir neçə uğurlu əməliyyat keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə silahlı qüvvələrinin baş qərargahı məlumat yayıb.
Əməliyyatlar Foto, Berdossu və Tin-Tates rayonlarında aparılıb, 20-ə yaxın terrorçunun öldürülüb, onlara məxsus silah-sursatın müsadirə olunub.
Qeyd edək ki, məlumatda ölkədə fəaliyyət göstərən terrorçuların hamısının məhv ediləcəyi və asayişin tezliklə bərpa olunacağı da bildirilib.
L.Tağıyeva



