|
|
|
|

Almaniya höküməti Ukraynaya yeni hərbi yardım zərfinin göndərib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfəki yardımın əsasını 600 HF-1 hücum PUA-sı və 20 MRAP zirehli avtomobili tutub.
Zərfə həmçinin, "Leopard 1" tanklarına mərmilər, 139 kəşfiyyat PUA-sı, 14 min artilleriya mərmisi və 495 "HK 416" avtomatı daxildir.
Qeyd edək ki, Almaniya həcminə görə Ukraynaya hərbi yardım göstərən dövlətlər arasında ikincidir. Almanlar indiyə kimi Ukraynaya 28 milyard dollar hərbi yardım göstərib. 2025-ci ildə bu rəqəmin 4 milyard dollar artacağı gözlənilir.
L.Tağıyeva



