|
|
|
|
Slovakiyada bıçaqla silahlanmış şagird təhsil aldığı məktəbdə sinif yoldaşlarına hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı gənc 2 məktəblini öldürüb, bir neçə nəfərə xəsarət yetirib.
Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Cinayəti törətdikdən sonra hadisə yerindən qaçan gənc bir qədər sonra yaxalanıb.
Qeyd edək ki, hadisənin motivi barədə hələlik məlumat yoxdur.
L.Tağıyeva