|
|
|
|
Avropa İttifaqı (Aİ) Qəzza üçün 120 milyon avro dəyərində yeni yardım paketi elan edib.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Özbəkistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Aİ-nin fələstinlilərə dəstək vermək öhdəliyinin bir hissəsi olaraq və regiondakı son hadisələri nəzərə alaraq Avropa Komissiyası bu gün Qəzza üçün 120 milyon avro məbləğində yeni yardım paketi elan edib.
"Bu, 2023-cü ildən bəri Qəzzaya göstərilən Aİ humanitar yardımının ümumi məbləğini 450 milyon avroya çatdırır. Aİ yardımın ehtiyacı olanlara tez çatması üçün yerli tərəfdaşlarla işləməyə davam edir.
Paket qida çatışmazlığını aradan qaldırmaq üçün ərzaq yardımını, səhiyyə müəssisələrinin fəaliyyətini dəstəkləmək və tibbi ləvazimatlarla təmin etmək üçün səhiyyə yardımını, su və sanitariya xidmətlərə çıxışı təmin etmək üçün su, sanitariya və gigiyena dəstəyini, məcburi köçkünlərə təhlükəsiz yaşayış yeri təmin etmək üçün sığınacaq yardımını, eləcə də həssas əhali qrupunun təhlükəsizliyini dəstəkləmək üçün müdafiə yardımını əhatə edir",- məlumatda qeyd edilib.