Kaliforniyada ən böyük akkumulyator istehsal edən zavodlarından birində güclü yanğın baş verib.
525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, srağagün axşam başlayan yanğını uzun müddət söndürmək mümkün olmayıb.
Yanğının ətraf məhəllələrdə yaşayan insanlara təhlükə törətməsini nəzərə alan yetkililər Elkhorn-Slau rayonunda yerləşən Most-Lendinqin sakinlərini təxliyə etmək məcburiyyətində qalıblar. Məsələ burasındadır ki, "Vistra Energy"ə məxsus zavodda böyük miqdarda litium batareyaları var və batareyalar alovlanarsa, yanğını söndürmək daha da çətinləşəcəkdi. Ümumilikdə 1500 civarında sakin ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, yanğının hansı səbəbdən yarandığı məlum deyil.
L.Tağıyeva