|
|
|
|

Çin əhalisinin 2024-cü ildə 1,39 milyon nəfər azalması ilə əvvəlki 2 ildəki azalma tendensiyası davam edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan Çin əhalisi 2024-cü ildə 1 milyard 408 milyon 280 min nəfərə enib.
Ölkə əhalisinin sayında 2022-ci ildən başlayan azalma tendensiyası 2023 və 2024-cü illərdə də davam edib.
Qeyd edək ki, Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki aclıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb.
Malik Atilay



