|
|
|
|

Yanvarın 8-də Kubada hərbi anbarda baş verən partlayışdan sonra əlaqə saxlamaq mümkün olmayan 13 əsgərin həyatını itirdiyi təsdiqlənib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Kuba prezidenti Migel Diaz-Kanel verdiyi açıqlamada, Holguin əyalətinin Melones bölgəsindəki anbarda baş verən partlayışda 13 əsgərin həlak olduğunu bildirib.
Hadisədən böyük ağrı hiss etdiklərini vurğulayan Kanel, "Həyatlarını qəhrəmancasına fəda edən zabit və əsgərlərimizin həlak olmasından dərin hüznlə kədərlənirik. Qəhrəmancasına həlak olan əsgərlərimizə ən səmimi ehtiramlarımızı bildirərək, ailələrinə və yaxınlarına başsağlığı veririk”.deyib.
İnqilabçı Silahlı Qüvvələr Nazirliyindən (Minfar) verilən açıqlamada partlayışdan sonra intensiv səylərə baxmayaraq, qəzanın baş verdiyi əraziyə çatmaq mümkün olmadığı bildirilib.
Bəyanatda əsgərlərin ailələrinə başsağlığı verilib və hadisənin araşdırılacağı qeyd edilib.
Qeyd edək ki, dövlət televiziyası bildirib ki, partlayışın ehtimal olunan səbəbi qurğuda qısaqapanma nəticəsində yaranan elektrik nasazlığı ilə bağlıdır.
Malik Atilay



