Fələstinin HƏMAS hərəkatı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə üç girov qadını təhvil verib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, girovların təhvil verilməsi Qəzza şəhərindəki əs-Saraya meydanında baş tutub. BQXK İsraili “üç girov qadının vəziyyətinin yaxşı olduğu” barədə məlumatlandırıb.