|
|
|
|
Slovakiyanın Baş naziri Robert Fitso yanvarın 21-də macarıstanlı həmkarı Viktor Orbanla Kiyevin “Türk axını” qaz kəmərinin Rusiya kompressor stansiyasına hücumundan sonra Bratislavada qaz kəmərlərinin mühafizəsini müzakirə edəcək.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın “Pravda” xəbər portalı məlumat yayıb.
Fitsonun sözlərinə görə, Volodimir Zelenski ABŞ-nin Avropa bazarına daha bahalı mayeləşdirilmiş təbii qaz tədarük etməsi üçün hər şeyi edir.