|
|
|
|

Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsində Gürcüstandan olan diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılmasına dair qətnamənin razılaşdırılması üçün keçiriləcək Aİ şurasında iclasın günü məlum olub.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, iclas yanvarın 24-ə təyin edib.
Təşəbbüs daimi nümayəndələr tərəfindən təsdiqlənərsə, diplomatik və xidməti pasportlara malik Gürcüstan diplomatları, rəsmi şəxsləri və onların ailələri üçün Aİ-yə istənilən 180 günlük dövrdə 90 günə qədər qısamüddətli səfərlər üçün viza tələb ediləcək.
Qeyd edək ki, dekabrın 20-də Avropa Komissiyası Gürcüstandan olan diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılmasını təklif etmişdi.



