
Fransa prezidenti Emmanuel Makron Avropa Birliyi ölkələrini ABŞ-la münasibətlərində onun “xoşbəxt vassallaşma” adlandırdığı vəziyyətə müqavimət göstərməyə çağırıb.
525.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Bildirilib ki, Fransa prezidenti belə bir bəyanatla fevralın 28-də Portuqaliyaya dövlət səfəri zamanı çıxış edib.
Makron həmçinin avropalıları risk, ambisiya və güc zövqlərini yenidən kəşf etməyə və daha bir olmağa çağırıb.
O, Avropa İttifaqının texnologiya, sənaye və hərbi məsələlərdə qətiyyətli tədbirlər görməsinin vacibliyi barədə fikirlərini bildirib.
İbrahim Cəfərov



