Türkiyənin "Kanal D" telekanalının sevilən serialı "Öyle bir geçer zaman ki" də "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırıma sataşıblar.
525.az-ın məlumatına görə, həftələr öncə Əziz Yıldırımın tərcüməçisi ilə aralarında keçən, "Doğrumu, Samet?" adıyla gündəmdə müzakirə olunan dialoq sevilən serialda da təqlid olunub. Söner və Süleyman arasında baş verən həmin səhnəni təqdim edirik.