|
|
|
|
ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turunun üçüncü mərhələsi üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampı BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan qarşılayıb.
Qarşılanma mərasimində maraqlı anlar yaşanıb. Belə ki, Tramp saraya gələn kimi qadınlar Oman Sultanlığı və BƏƏ-nin ənənəvi ifaçılıq sənəti növü olan Əl-Əyyalə ifa ediblər.
Şounun videoları sosial mediaya damğa vurub. Görüntülər qısa zamanda sosial mediada minlərlə bəyənmə toplayıb.
İbrahim Cəfərov