|
|
|
|
ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turu çərçivəsində Qətər və Səudiyyə Ərəbistanına səfərini dəyərləndirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yaxın Şərq turu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlməzdən əvvəl “Air Force One” təyyarəsində mətbuata açıqlama verib.
Yaxın Şərq turunun ilk iki ayağında imzaladığı müqavilələrə işarə edən Tramp, “Ölkəmiz üçün trilyonlarla dollar sərmayə topladıq. Səudiyyə Ərəbistanı və Qətərdə çox yaxşı dostlarımız var” deyib.
“Qatar Airways” və Amerika təyyarə istehsalçısı “Boeing” arasında 160 təyyarənin alınması üçün imzalanan 200 milyard dollarlıq müqaviləyə toxunan Tramp, "Məncə, bu, aviasiya tarixindəki ən böyük sifarişdir" deyə bildirib.
İbrahim Cəfərov