|
|
|
|

Hamburqda bıçaqla silahlanmış şəxs 12 nəfərə müxtəlif dərəcəli bədən xəsarətiləri yetirib.
525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla 18:05-də mərkəzi vağzalında baş verib.
NDR telekanalının məlumatına görə, yaralılardan 3-nün vəziyyəti ağırdır. 3 nəfər orta ağır, 6 nəfər isə yüngül xəsarətlər alıb. Onlar təcili xəstəxanalara yerləşdiriliblər, həkim nəzarəti altındadırlar.
Qeyd edək ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb, araşdırma aparılır.
L.Tağıyeva



