|
|
|
|

Çinlə Vyetnam arasında beş illik fasilədən sonra dəmir yol xətti bərpa olunub.
525.az xəbər verir ki, sərnişin qatarı Çinin cənubundakı Quanqsi-Çjuanq Muxtar Rayonunun mərkəzi şəhəri Nanninqdən Vyetnamın paytaxtı Hanoy şəhərinə yola düşüb.
Nanninq-Hanoy beynəlxalq qatarı gündəlik işləyəcək. Səyahətçilər əvvəlcədən kağız viza və ya vizasız giriş sənədlərini almalı və sərhəd stansiyalarında gömrükdən keçməlidirlər. Qatar biletləri də hazırda yalnız kassalarda satılır.
Pərvanə Sultanova



