|
|
|
|

Yaponiyanın Hokkaydo əyalətində zəlzələ olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:47-də baş verib.
5.3 bal gücündə olan zəlzələnin episentrinin Hokkaydo əyalətinin Urakava şəhəri olduğu açıqlanıb.
Qeyd edilib ki, 50 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə sunami riski yoxdur.
İbrahim Cəfərov



