|
|
|
|

Türkiyənin Bingöl şəhərində zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yerli vaxtla 20:13-də Bingölün Kiğı rayonunda baş verən zəlzələ 3,9 bal gücündə olub.
Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib.
Zəlzələ 7 kilometr dərinlikdə baş verib.
İbrahim Cəfərov



