|
|
|
|

Türkmənistan Futbol Federasiyası ilə Qətər Futbol Assosiasiyası arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə saziş imzalanıb.
525.az xəbər verir ki, mərasim Dohada baş tutub.
Türkmənistan tərəfdən sənədi Futbol Federasiyanın rəhbəri Quvançmuxammet Ovekov, Qətər tərəfdən isə Assosiasiyanın rəhbəri Casim bin Rəşid Əl-Buenayn imzalayıb.
Tədbirdə hər iki federasiyanın baş katibləri Sərdar Geldiyev və Mənsur Əl-Ənsari də iştirak ediblər.
Saziş Qətər Futbol Assosiasiyasının Asiya futbol federasiyaları ilə əməkdaşlığı genişləndirmək və regionun dost ölkələri ilə əlaqələri gücləndirmək strategiyasında mühüm addım hesab olunur.
Pərvanə Sultanova



