|
|
|
|

Qurban bayramdan sonra Türkiyədə yeni konstitusiya ilə bağlı işlərə başlayacaqlar.
525.az "Report" a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Prezident bildirib ki, yeni konstitusiya üzərində işləmək üçün 11 nəfər təyin edilib:
"Biz qəyyumluqdan azad, demokratik legitimliyi gücləndirən, hüquq və azadlıqları təmin edən yeni bir mətn istəyirik".



