|
|
|
|

Cənubi Afrika Respublikasında itkin düşmüş azyaşlı qızın məhkəməsində yaşananlar ölkə gündəmini zəbt edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 6 yaşlı Joslin Smit fevral ayında paytaxt Keyptaunda itkin düşüb. Məhkəmədə ifadə verən 30-dan çox şahid kiçik qızın həyatının çətin keçdiyini bildiriblər.

Məhkəmənin açıqlaması isə hər kəsi şoka salıb. Məlum olub ki, 6 yaşlı qızın anası Racquel Kelly onu 800 funt-sterlinqə falçıya satıb. Bu səbəbdən də anaya ömürlük həbs cəzası verilib.
Hələlik 6 yaşlı Joslin Smitin axtarışları nəticə verməyib.
İbrahim Cəfərov



