|
|
|
|

Vaşinqton-Dəməşq münasibətlərində yeni addım atılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın paytaxtında təhlükəsizlik səbəbiylə 2012-ci ildə fəaliyyətini dayandıran ABŞ səfirliyinin iqamətgahında yenidən bayraq qaldırılıb.
ABŞ-nin Türkiyədəki səfiri və Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak ilk rəsmi səfərini paytaxt Dəməşqə edib. Səfər zamanı o, ABŞ səfirliyinin iqamətgahına yollanıb. Barak iqamətgahda yenidən ABŞ bayrağını qaldırıb. Mərasimdə Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani də iştirak edib. Lakin səfirliyin fəaliyyətini bərpa edib-etməyəcəyi ilə bağlı heç bir açıqlama verilməyib.
İbrahim Cəfərov



