|
|
|
|

Ukrayna tərəfindən hazırlanmış memorandumda quruda, havada və dənizdə atəşkəs rejiminin qurulması ilə bağlı müddəalar var.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Ukrayna rəsmiləri arasından olan mənbə bildirib ki, Kiyev atəşkəs rejiminə nəzarətin “beynəlxalq tərəfdaşlar” tərəfindən həyata keçirilməsini təklif edir.



