|
|
|
|

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi Ukraynada səfərdədir.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib
"Ukraynanın energetika naziri German Qaluşenko ilə enerji infrastrukturunun bərpası məsələsini, o cümlədən Xmelnitski AES-də yeni enerji bloklarını, Çernobıl AES-in təmirini və yarımstansiyaların vəziyyətinin qiymətləndirilməsini müzakirə etdim", - o qeyd edib.
Daha əvvəl R.Qrossinin Ukrayna və Rusiyaya səfər edəcəyi barədə məlumat verilmişdi.



