|
|
|
|

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün atılan addımlar və dünən İstanbulda keçirilən danışıqların nəticələri müzakirə edilib.
İbrahim Cəfərov



