|
|
|
|

Nigeriyada daşqınlar xeyli insan itkisinə yol açıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, mayın 29-da Mokva bölgəsində güclü yağışın səbəb olduğu daşqınlarda 500-dən çox şəxs itkin düşüb.

Səlahiyyətlilər itkin düşənlərin sağ olduğuna inanmadıqları üçün axtarış-xilasetmə işləri dayandırılıb.
Təbii fəlakət zamanı ölənlərin sayı isə 200-ü ötüb. Sel nəticəsində həyatını itirənlər üçün kütləvi dəfn mərasimi keçirilib.
İbrahim Cəfərov



