|
|
|
|

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 2024-cü il üçün üzvlük haqqını ödəməyib.
525.az “Report” a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri (XİN) Ararat Mirzoyan bu gün parlamentdə bildirib.
"KTMT-də iştirakımızın dondurulması ilə əlaqədar olaraq Ermənistan 2024-cü ildə bu təşkilata üzvlük haqqını ödəməyib", - XİN başçısı qeyd edib.



