|
|
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı aparıblar.
Bu barədə 525.az “Report” a istinadən xəbər verir.
Qeyd olunub ki, tərəflər iki ölkə arasındakı münasibətləri və regional məsələləri müzakirə ediblər.
"Liderlər Ermənistan-Türkiyə münasibətlərinə və regional hadisələrə dair məsələləri müzakirə ediblər. Tərəflər dialoqu davam etdirmək barədə razılağa gəliblər", - məlumatda bildirilib.



