|
|
|
|

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti İrəvanda rəsmi səfərdədir.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.
"Səfər proqramında Matviyenkonun ölkə rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Xüsusilə parlamentin sədri Alen Simonyanla söhbət planlaşdırılır", - məlumatda bildirilib.
Qeyd olunub ki, Matviyenko və Simonyan həmçinin Rusiya və Ermənistan arasında parlamentlərarası əməkdaşlıq komissiyasının 39-cu iclasını açacaqlar.
Matviyenko həmçinin 10-cu Rusiya-Ermənistan regionlararası forumunda iştirak edəcək.



