|
|
|
|

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Danışıq zamanı Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq səyləri müzakirə olunub.
Məlumata görə, Fidan və Rutte iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitinə hazırlıq mövzusuna da toxunublar.



