|
|
|
|

Avstriyanın Qrats şəhərində Dreişützenqasse küçəsində yerləşən məktəbdə atışma olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir şagirdin açdığı atəşlər nəticəsində minimum 8 nəfər ölüb, çoxlu sayda şəxs yaralanıb.
Hadisə şahidlərindən biri 20 silah səsi eşitdiyini söyləyib. İki sinifdə atəş açılıb. Qurbanlar arasında həm müəllimlərin, həm də şagirdlərin olduğu bildirilir.
Hazırda polislər məktəbi əhatəyə alıblar.
İbrahim Cəfərov



