|
|
|
|

Ukraynaya məxsus pilotsuz təyyarələrlə Belqorod vilayətində yanacaqdoldurma məntəqəsinə hücum edilib.
525.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, ilkin məlumatlara görə, hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Qeyd olunub ki, hücumun həyata keçirildiyi yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb, hadisə yerinə 23 yanğınsöndürən maşın cəlb olunub.
İbrahim Cəfərov



