|
|
|
|

Maraqlı hadisə ABŞ-də, Miçiqan ştatının Sterlinq-Hayts şəhərində yaşanıb.
525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, 70 il əvvəl çəkilmiş foto sahibinə qaytarılıb.
Yerli kitabxanada kitabların inventarizasiyasını aparan könüllülərdən biri təsadüfən kitabların birinin arasından köhnə şəkil tapıb. Şəkilin arxasında
"Frenk və Jozefina Rucirello, Nana-Nono" yazılıbmış. Könüllü tapıntı barədə Rucirello soyadlı dostuna müraciət edib və məlum olub ki, şəkildəki bəy-gəlin onun babası və nənəsidir. Sara Rucirellonun sözlərinə görə, onların toyu 1953-cü il sentyabrın 26-da Detroytda olub.
Qeyd edək ki, cütlük 67 il birgə yaşayıblar. Frenk Rucirello 2020-ci ildə, Jozefina isə 3 il sonra vəfat edib.
L.Tağıyeva



