|
|
|
|
Hindistanın Əhmədabad şəhərinin Meqani Naqar yaşayış massivində təyyarə qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 242 nəfərin yer aldığı təyyarə havaya qalxdıqdan sonra hava limanı yaxınlığında qəzaya uğrayıb.
Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu və təcili-tibbi yardım maşınları göndərilib. Əraziyə gedən bütün yollar bağlanılıb.
“Air India” şirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsində 230 sərnişin və 12 ekipaj üzvü olub.
Qəza ilə bağlı yayılan video görüntülərdə güclü tüstünün havaya qalxdığı görünür.
İbrahim Cəfərov