|
|
|
|

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak və suriyalı həmkarı Əsəd əl-Şeybani ilə telefonla danışıb.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.
Danışıqlar zamanı Suriyadakı vəziyyət müzakirə olunub, ölkənin cənubundakı hadisələrlə bağlı Əmmanda keçirilən danışıqlar qiymətləndirilib.



