|
|
|
|

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını rədd edib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“O, çox yaxşı insandır. O, xoşuma gəlir, amma bu bəyanatın heç bir əhəmiyyəti yoxdur”, - Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.



