|
|
|
|

Suriyanın Humus şəhərində 4,1 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 05:31-də qeyd alınan zəlzələnin episentri 5.96 kilometr dərinliyində olub.
Tələfat və dağıntılar barədə hər hansı məlumat verilməyib.
İbrahim Cəfərov



