|
|
|
|

Xarkovun "Metallist-1925" Futbol Klubunun üzvü Aleksandr Sidorov Ukraynadan qaçıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
İcarə əsasında "Kolos"da çıxış edən futbolçu Xarkov təmsilçisinin gənclər komandası ilə məşq edirmiş. Son bir neçə gündə məşqlərə qatılmadığına görə, klub rəsmiləri onunla əlaqə yaratmağa çalışıblar və məlum olub ki, Sidorov ölkəni tərk edib.
Hücumçu hərəkətini ailə vəziyyəti ilə əlaqələndirib. Onun indi harada olduğu və sərhəddi necə keçdiyi bilinmir.
Qeyd edək ki, Donetsk "Şaxtyor"unun yetirməsi olan 24 yaşlı Aleksandr Sidorov peşəkar karyerasına 2018-ci ildə "Metallurq"da (Zaporojye) başlayıb. 2023-cü ildə isə indiki klububa transfer olunub.
L.Tağıyeva



