|
|
|
|

“Telegram” messencerinin qurucusu Pavel Durov 10 saata yaxın davam edən, üçüncü dəfə dindirilmədən sonra Parisdəki məhkəmə binasını tərk edib.
Bu barədə 525.az “Report” a istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Durov vəkillərin müşayiəti ilə Paris vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə təxminən saat 22:00-red) Paris tribunalının binasını tərk edib. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib və sürətlə avtomaşınına tərəf gedib.
Qeyd olunur ki, iki hakim Durovu 2024-cü ilin avqustunda Fransada həbs edildikdən sonra mahiyyəti üzrə üçüncü dəfə dindirib.



