|
|
|
|

Nyu-York şəhərinin Manhetten bölgəsindəki göydələnlərdən birinə silahlı hücum olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı Devon Tamura M4 tüfəngi ilə ofis binasına hücum edib. Onun açdığı atəşlər nəticəsində 5 nəfər həlak olub.

Həyatını itirənlərdən biri də Nyu York Polis Departamentinin əməkdaşı Didarul İslamdır. Əslən Banqladeşdən olan 36 yaşlı İslam 3.5 il idi ki, polisdə çalışırdı.
Verilən məlumata görə, Devon Tamura silahlı hücumdan dərhal sonra hadisə yerində özünü güllələyib. Onun psixoloji problemləri olduğu bildirilib.
Hazırda insidentlə bağlı araşdırma aparılır.
İbrahim Cəfərov



