|
|
|
|

Tailand hərbi qüvvələri hərbi toqquşmalar zamanı 18 kambocalı hərbçini əsir götürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarının komandanı, general-mayor Vintxay Suvari bugünkü açıqlamasında bildirib.
General-mayorun sözlərinə görə, kambocalı hərbçilər Sisaket əyalətindəki döyüşlər zamanı döyüşsüz əsir düşüblər. Onlardan 1-i leytenant, digərləri isə serjant və əsgərdir.
Qeyd edək ki, Tailand tərəfi əsirlərlə Venesiya konvensiyasına uyğun davrandıqlarını, yaralılara yardım göstərildiyini də bildirib.
L.Tağıyeva



