|
|
|
|

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin direktoru Danila Çebrov Kamçatkada baş vermiş zəlzələnin maqnitudası ilə bağlı məlumatların dəqiqləşdirildiyini bildirib.
525.az xəbər verir ki, filialın Teleqram kanalında o, zəlzələnin maqnitudasının 8.5 bal olduğunu vurğulayıb.
“Çox güclü zəlzələ baş verib, onun maqnitudası 8.5 səviyyəsindədir. Bu, iyulun 20-də baş verən zəlzələdən fərqli olaraq, artıq unikal hadisə kimi təsnif edilə bilər. Parçalanma cənub-qərb istiqamətində, təxminən 200 km məsafədə yayılıb. Təkanların müddəti və intensivliyi həm enerji, həm də mənbənin ölçüsü ilə müəyyən edilir”, - deyə Çebrov bildirib.
O, həmçinin qeyd edib ki, zəlzələnin mənbəyinin xüsusiyyətlərinə görə təkanların intensivliyi iyulun 20-də baş vermiş təkanların intensivliyindən, maqnituda nəzərə alınmaqla gözlənilən həddə keçməyib. Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi bölgə sakinlərini sahilə yaxınlaşmamağa çağırıb.
İbrahim Cəfərov



