|
|
|
|

Malta Baş naziri Robert Abela ölkəsinin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası zamanı Fələstin dövlətini rəsmi olaraq tanıyacağını açıqlayıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abela bu açıqlamanı, Britaniyanın Baş naziri Kir Starmerin oxşar bir addım atmasından bir neçə saat sonra verib.
Abela sosial şəbəkə hesabında paylaşdığı açıqlamada yazıb: “Bu mövqeyimiz Yaxın Şərqdə davamlı sülh üçün göstərilən səylərə olan sadiqliyimizi əks etdirir”.
Qeyd edək ki, may ayında İrlandiya, Norveç və İspaniya da Fələstini müstəqil dövlət kimi tanıyıblar.
Ləman İlkin



