|
|
|
|

Taylandın Kançanaburi əyalətinin Mueang bölgəsində hava fişəngi istehsal edilən bir binada baş verən partlayış nəticəsində 9 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11:00 radələrində baş verib. Partlayışdan dərhal sonra hadisə yerinə gələn polis əməkdaşları 9 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığını təsdiqləyib.
Yaralı şəxs xəstəxanaya çatdırılıb. Partlayışın səbəbi ilə bağlı araşdırma başladılıb.
Ləman İlkin



