|
|
|
|

Bu gün Kamçatkada baş verən 8,7 bal gücündə zəlzələdən sonra Sakit okeana çıxışı olan Latın Amerikası ölkələrində sunami təhlükəsi elan edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əhaliyə ilk xəbərdarlıq Kolumbiya hökümətindən gəlib.
Ölkənin müvafiq qurumları sahilboyu yaşayan əhalini əraziləri tərk etməyə çağırıb. Az sonra Meksika hökuməti də analoji addım atıb. Ölkənin Mülki Müdafiə Xidmətinin yaydığı məlumata görə, Sakit okean sahillərində dalğanın hündürlüyünün 1 metrə qədər qalxıb.
Qeyd edək ki, Kolumbiya və Meksikanın ardınca Peru, Panama, Çili və Ekvadorda da sunami təhlükəsi elan olunub.
L.Tağıyeva



