|
|
|
|

ABŞ prezidenti Donald Tramp Rusiyadan ən çox enerji idxal edən ölkələrin Hindistan və Çin olduğunu bildirib.
525.az xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında Hindistanla bağlı paylaşım edib.
Tramp: “Biz bu illər ərzində onlarla nisbətən az iş aparmışıq, çünki onların tarifləri çox yüksəkdir, dünyada ən yüksəkdir və onlar hər hansı bir ölkənin ən nəhəng və dəhşətli qeyri-monetar ticarət maneələrinə malikdirlər” - deyib.
Qeyd edək ki, Tramp Hindistanın silahlarının əhəmiyyətli bir hissəsini Rusiyadan idxal etdiyini söyləyib.
Məhəmməd Tağıyev



